Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən  Zəfər Günü  ərəfəsində şəhid ailələrinin müayinə və müalicəsi, onlara səhiyyə xidmətlərinin göstərilməsi davam etdirilir. Növbəti humanitar tibbi aksiya Şahbuz Rayon Mərkəzi Xəstəxanada təşkil olunub .

Aksiyada Naxçıvan Muxtar Respublika  Xəstəxanasının  15-ə yaxın tibbi personalı iştirak edib. Travmatoloq, nervopatoloq,  cərrah, terapevt, stmatoloq, kardialoq, uroloq  və digər ixtisaslı həkim heyəti Vətən müharibəsi şəhidlərinin  ailə üzvlərinə muxtəlif tibbi xidmətlər  göstərib.

Gün ərzində şəhidlərin ailə üzvləri müxtəlif müayinələrdən keçirilib, onlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq təyinat və məsləhətlər verilib.