Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən humanitar tibbi aksiyalar davam etdirilir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatlarını uğurla davam etdirirlər.
Növbəti humanitar tibbi aksiya Şahbuz və Kəngərli rayonlarında keçirilib. Şəhid və aztəminatlı ailələrdən olan uşaqların ödənişsiz sünnət əməliyyatları üçün əvvəlcədən hazırlıq işləri görülüb, onların siyahısı hazırlanaraq rayon mərkəzi xəstəxanalarına dəvət olunublar.
Şahbuz rayonunda keçirilən aksiyada xəstəxananın cərrahiyyə şöbəsinin 18 həkimi, pediatr, əməliyyat tibb heyəti, labaratoriya və yerli işçilərinin iştirakı ilə 22 uşaq sünnət edilib. Əməliyyat və əməliyyatdan sonra ağırlaşma halları olmayıb. Palatalara yerləşdirilən uşaqlar bir neçə saatlıq həkim nəzarətindən sonra evlərinə göndərilib.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasında da aksiya mütəşəkkil keçirilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının 18 nəfərlik əməliyyat heyəti 39 sünnət əməliyyatı aparıb ki, onlardan da 4-ü şəhid ailələrindəndir.
Valideynlər dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edərək, müayinə və əməliyyatların təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.