Qəbul Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin fəaliyyəti xəstələri müayinələrin ve analizlərin cavabı ilə qəbul edib, onlara xəstəlik tarixcəsi açıb, stasionarın müvafiq şöbəsinə müalicə və ya cərrahi əməliyyat üçün yerləşdirməkdən ibarətdir.
Təcili-Tibbi Yardım Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili-Tibbi Yardım Şöbəsinin əsas fəaliyyəti müraciət edən vətəndaşların qəbulu, müayinəsi ( ehtiyac olarsa laborator və instrumental ), müalicə, müşahidə, konsultasiya, həyati təhlükələrin aradan qaldırılması,doğru zamanda doğru işləmin təmin olunmasıdır.
Poliklinika Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsi xəstəxanın ən önəmli şöbələrindəndir. Şöbədə 12 həkim kabinəsi fəaliyyət göstərir. Naxçıvan Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş kabinələr 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.
Laboratoriya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Laboratoriya Şöbəsi müxtəlif növ müayinələrin (ümumi kliniki, biokimyəvi, immunoloji, mikrobioloji, hormonal və s. ) həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Xəstəxanada mövcud olan beynəlxalq standartlara cavab verən laboratoriya avadanlıqları bir cox xəstəliklərin diaqnozu və müalicənin ən yüksək səviyyədə hərtərəfli araşdırılmasına imkan verir.
Şüa Diaqnostika Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika Şöbəsi özündə kompleks diaqnostik müayinələri birləşdirən xəstəxananın ən əhəmiyyətli şöbələrindəndir. Bu müayinələr damar, sümük, yumşaq toxuma, beyin və s. daxili orqanların vəziyyəti, funksiyası haqqında ətraflı məlumat əldə etməyi imkan yaradır.
Urologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya Şöbəsi Xəstəxananın ən çox müraciət edilən və ən önəmli şöbələrindəndir. Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya Şöbəsinin peşəkar ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana, anesteziologiya və palatalar 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.
Travmatologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya və Ortopediya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.
Fizioterapiya və Reabilitasiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Fizioterapiya və Reabilitasiya Şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.
Endokrinologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Endokrinologiya Şöbəsi Endokrin sistemin quruluşu, funksiyaları, xəstəlikləri bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika diaqnostika və müalicəsi ilə məşğul olan klinik sahədir. Hipertireoz, akromeqaliya, şəkərli diabet və piylənmə və erkən menopauza, diffuz toksik zob və s. kimi problemlərlə peşakar endokrinoloqlarımız.məşğul olurlar.
Ümumi Terapiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Ümumi terapiya Şöbəsində 39 çarpayılıq, o cümlədən 10 çarpayılıq Pulmonologiya bölməsi xəstələr üçün təchiz olunmuşdur. Şöbə ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən müayinə-diaqnostik prosedurlar aparılır.
LOR Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası LOR Şöbəsində qulaq, burun və boğaz xəstəliklərinin müayinə və müvafiq müalicələri aparılır. Naxçıvan Mərkəzi Xəstəxanası LOR Şöbəsi ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən müayinə-diaqnostik prosedurlar aparılır.
Göz Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsində Göz və görmə ilə bağlı bütün xəstəliklərin müayinəsi və müalicəsi, göz əməliyyatları aparılır. Şöbə ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən keatometriya, artorefraktrometiriya, ultrasonoqrafiya, pnevmotonometriya, kompüter perimetriya kimi müayinə-diaqnostik prosedurlar aparılır.
Hemotologiya Şöbəsi
Hematologiya tibbin qanı, qanın istehsal olunduğu sümük iliyini və hemostaz (laxtalanma) sistemini öyrənən sahəsidir. Limfa düyünləri, dalaq və digər limfoid orqanlarının xəstəlikləri də hematologiyanın mövzularındandır. Naxçıvan Mərkəzi Xəstəxanası Hematologiya Şöbəsində qanda baş verən hər hansı bir dəyişikliyin korreksiyası və müalicəsi barəsində müalicə ala bilərsiniz.
Proktologiya Şöbəsi
Proktologiya – tibbin düz bağırsaq, anal dəlik və pararektal nahiyyənin xəstəlik və patologiyalarını, onların müayinə və müalicə üsullarını öyrənən sahəsidir. proktoloji xəstəliklər əhali arasında çox yayılıb və adətən insanlar bu xəstəliklərlə əlaqədar həkimə müraciət etməyə tələsmirlər. Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya Şöbəsi sizin şikayətlərinizi dinləməyə və sizi müasir metodlarla müalicə etməyə hazırdır.
Nevrologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Nevrologiya Şöbəsində xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının, damar ensefalopatiyası, insult və radikulitlərdən sonrakı vəziyyətlərdə müalicəsi üçün Nevrologiya şöbəsi böyük təcrübə qazanmışdır. Şöbədə yeni növ EEQ və EMQ aparatları xəstələrin müayinə zamanı təhlükəsizliyini və rahatlığını təmin edir.
Cərrahiyyə Şöbəsi
Cərrahiyyə şöbəsində professor, tibb üzrə fəlsəfə doktoru, həmçinin yüksək səviyyəli həkim kollektivi tərəfindən ümumi cərrahiyyə, uroloji, kardioloji, nefroloji, ginekoloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahiyə, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar uğurla həyata keçirilir.
Reanimasiya Şöbəsi
Reanimasiya və İntensiv terapiya – kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Kritik xəstə – həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan pasientdir. Son illərdə texnologiyanın sürətli inkişafı tibb elminə, xüsusi ilə də Reanimasiya şöbəsinin işində nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaratmışdır.
Mərkəzi Qan Bankı Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasında Qan Bankı şöbəsi bu gün Naxçıvan Muxtar Respublikasının Transfiziologiya və qan komponentlərinin hazırlanması sahəsində əsas aparıcı şöbədir.