Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayonlarında humanitar tibbi aksiyalar keçirilir. Səhiyyə ocağının kollektivi bu dəfə Culfa rayonunun Bənəniyar kəndində olub.
Müxtəlif ixtisaslı həkim briqadaları bütün yaşayış məntəqələrində pulsuz tibbi aksiya keçirir, əhalinin sağlamlığı etibarlı şəkildə qorunur. Naxçıvan Muxtar Respublika Xəstəxanasası tərəfindən bu dəfə Culfa rayonunun Bənəniyar kəndində aksiya təşkil olunub. 39 ahıl və yataqda olan pasiyentlər üçün evlərində xidmət göstərilib.
Tibbi aksiyada uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq və digər ixtisaslardan olmaqla ümumilikdə 16 həkim iştirak edib. Gün ərzində laborator təhlillər aparılıb. Sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən bu cür aksiyaların mütəmadi olaraq digər bölgələrimizdə də keçirilməsi nəzərdə tutulur.