Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasının həkim və tibb heyəti növbəti humanitar aksiyanı Culfa rayon Mərkəzi xəstəxanasında keçirmişdir.
Belə ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasının 18 nəfərdən ibarət tibb heyəti Culfa RMX-da şəhid ailələrinə, qazilərə və aztəminatlı vətəndaşların uşaqlarına təmannasız şəkildə sünnət prosesləri və cərrahi xidmətlər göstərmişlər.
Rayon Mərkəzi xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq 61 nəfərin siyahısı hazırlanıb və onlar xəstəxanaya dəvət edilib. Onlar heç bir kassa ödənişi etmədən, tibbi sığorta göstərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə olunub və sünnət ediliblər.
Ümumilikdə 61 uşaq sünnət edilib. Cərrahi müayinə və sünnət prosesləri Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən tam təmannasız həyata keçirilmişdir.