Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında Urologiya şöbəsi 33 çarpayı üçün nəzərdə tutulmuşdur. Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya şöbəsi xəstəxananın 4-cü mərtəbəsində yerləşir. Uroloji xəstəliklər həm kişilərdə, həm də qadınlarda geniş yayıldığı üçün bu xəstəliklərə xüsusi diqqət yetirmək lazımdır. Məhz bu məqsədlə Naxçıvan Mərkəzi Xəstəxanası Urologiya şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana, anesteziologiya və palatalar 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.
Naxçıvan Mərkəzi Xəstəxanasında Urologiya şöbəsi qadın və kişilərin sidik sistemləri, kişilərin sidik cinsiyyət sistemi xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğuldur. Sidik cinsiyyət sistemi dedikdə: böyrəklər, sidik axarları, sidik kisəsi, prostat, sperma kanalı, sidik kanalı, testislər və kişi cinsiyyət orqanı ilə bağlı xəstəliklərin diaqnostikası və müalicəsi nəzərdə tutulur.
Naxçıvan Mərkəzi Xəstəxanasında Urologiya şöbəsi bütün uroloji xəstliklərin tam mükəmməl aradan götürülməsinə əminlik yaradır. İxtisaslaşmış həkim heyətindən ibarətdir. Naxçıvan Mərkəzi Xəstəxanasında Urologiya şöbəsində endourologiya, yəni kəsik olmadan böyrək və sidik axarı daşının çıxarılması prosesləri mövcuddur.
Hazırda Urologiya şöbəsində uzman həkimlər tərəfindən müasir urologiyanın aşağıda göstərilən sahələri üzrə geniş şəkildə əməliyyatlar aparılır:
ENDOUROLOGİYA
Tibdə xüsusi bir istiqamət olan Endourologiya kəsiksiz sidik sistemin müayinə, diaqnostika və müalicəsini etməyə şərait yaradır. Digər cərrahi müalicə üsulları ilə müqayisədə Endouroloji üsulla aparılan əməliyyatlarla daha yüksək nəticə əldə etmək olur. Bu cür əməliyyatdan sonra xəstələr daha tez reabilitasiya olurlar və normal həyatına qayıdırlar.
- Endoskopik internal uretrotomiya (EİU) – sidik kanalı darlıqlarının endoskopik cərrahiyyəsi
- Perkutan Nefrolitotripsiya (PNL) – böyrək daşlarının endoskopik cərrahiyyəsi
- Prostatın transuretal rezeksiyası (TUR-ST) – prostat adenomasının endoskopik cərrahiyyəsi
- Sistolitotripsiya – sidik kisəsi daşlarının endoskopik cərrahiyyəsi
- Sidik kisəsi törəmələrində transuretral rezeksiya (TUR-ST)
- Ureterorenoskopiya (URS) və Ureterolitotripsiya – sidik axarları daşlarının endoskopik holmium lazer cərrahiyyəsi
LAPAROSKOPİK UROLOGİYA
Ən son nailiyyətlərdən biri olan Avropa və ABŞ-da klinikalarında geniş istifadə edilən Laparoskopik uroloji əməliyyatlar Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya şöbəsinin prioritet istiqamətlərdən biridir. Əməliyyatdan sonra yaranın tez sağalması və bərpası, qanaxmanın minimuma endirilməsi, kobud çapıqların qalmaması bu üsulun üstünlüklərindəndir.
- Laparoskopik nefroektomiya – böyrəyin laparoskopik çıxarılması
- Laparoskopik piyeloplastika – böyrəyin ləyən sidik axarları seqmentinin darlıqlarında rekonstruktiv əməliyyat
- Laparoskopik ureterolitotomiya – böyük sidik axarları seqmentinin darlıqlarında laparoskopik olaraq daşın çıxarılması
Bizim həkimlər konsultasiyalar təşkil edərək, xəstələr haqqında dolğun məlumatlar toplayır, müayinə planı yazılaraq laborator və insturomental müayinələrdən keçirildikdən sonra yenidən konsultasiyalar təşkil olunaraq xəstəyə müalicə təyin olunur. Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya şöbəsinin başlıca üstünlüyü ondan ibarətdir ki, bizim yüksək ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər.
QADIN UROLOGİYASI
- Gərilimsiz vajinal askı əməliyyatları ( TVT – tension free vajinal tape) stress tip sidik qaçırmada edilən əməliyyat
- Sidik kisəsinə botoks inyeksiyası – neyrogen sidik kisəsində
- Subureteral maddə inyeksiyası – veziko ureteral refluksda (VUR) endoskopik əməliyyat
- Süni sfinkterin tətbiqi əməliyyatı– postprostatektomik total sidik qaçırma zamanı edilən əməliyyat
ÜMUMİ UROLOGİYA ( açıq əməliyyatlar )
- Açıq nefroektomiya – açıq metodla böyrəyin çıxarılması
- Açıq prostatektomiya – böyük həcmli prostatlarda (>100 gr )
- Açıq ureterolitotomiya – böyük sidik axarları daşlarında açıq əməliyyat
- Anatrofik nefrolitotomiya – mərcanvari və kompleks böyrək daşlarında açıq əməliyyat
- Piyelolitotomiya – açıq böyrək daşı əməliyyatı
- Sidik tənasül orqanlarının törəmələrində açıq radikal əməliyyatlar
- Uretroplastika – sidik kanalı darlıqlarında plastik əməliyyat
UROONKOLOGİYA
- Parsial və radikal nefroektomiya – böyrək törəmələrində böyrəyin ətrafındakı toxumalarla bərabər radikal çıxarılması
- Radikal nefroureterektomiya – sidik axarları və böyrək ləyəni törəmələrində böyrəyin ətrafındakı toxuma və sidik axarları ilə bərabər çıxarılması
- Radikal prostatotektomiya – prostat xərçəngində prostatın və vezikula seminalislərin regional limfa düyünləri ilə bərabər radikal çıxarılması
- Radikal sistekomiya və sidik diversiyası – invaziv sidik kisəsi törəmələrində sidik kisəsinin çıxarılması
- Sidik kisəsi törəmələrində – transuretral rezeksiya (TUR-ST)
Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya şöbəsində ən çox edilən müayinə və əməliyyatlar:
- Sidik ifrazat sistemin daş xəstəlikləri
- Açıq sidik axarları və böyrək daşları əməliyyatları
- Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar
- Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası + prostat TUR-ST
- Endoskopik (qapalı) böyrək daşı əməliyyatları(Perkutan nefrolitotomiya)
- Sidik axarları daşlarının endoskopik əməliyyatları(Holmium Lazer ilə ureterolitotromiya)
- Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları
- Laparoskopik böyrək daşları əməliyyatları
- Qadın uroloji xəstəlikləri
- Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi
- Sidik yolları, böyrək şişlərinin müalicəsi
- Sidik kisəsinin radikal əməliyyatı, bağırsağ rezervuarı ilə əvəz edilməsi
- Prostat xərçənginin radikal cərrahi müalicəsi
- Uşaqlarda Hidronefrozun, VUR-un endoskopik və cərrahi müalicəsi
- Uşaq uroloji xəstəlikləri(kriptorxizm, hidrosel, hipospadiya)
- Təxirəsalınmaz uroloji müdaxilələr, stent və nefrostomanın yerləşdirilməsi
- Xaya biopsiyası, toxum materialın alınması(TESE)
- Uşaqlarda və böyüklərdə xaya patologiyaları(hidrosel,varikosel və s.)
- Laparoskopik (qapalı) uroloji əməliyyatlar(radikal nefroektomiya) və s.
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
Urologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya Şöbəsi ən çətin və ən məhsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- Xəstələrin dərman təchizatı
- İşində mükəmməl olan tibb personalı
Urologiya Şöbəsinin Həkimləri
Ən Çox Verilən Suallar
Urologiya şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.