Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya Şöbəsi Haqqında Ümumi Məlumat

Naxçıvan Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi 24 çarpayı üçün nəzərdə tutulmuşdur.

Naxçıvan Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.

Xəstəxanamızda oynaqların endoprotezləşdirilməsi (artroplastikası), artroskopik cərrahiyyə, yuxarı və aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, yumşaq toxuma əməliyyatları, uşaqlarda ortopedik və travmatoloji əməliyyatlar  və s. bu kimi əməliyyatlar uğurla icra olunur. ​​​​Son 10 il ərzində Naxçıvan Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi tərəfindən 1000-ə yaxın travmatoloji və ortopedik əməliyyat icra olunmuşdur.​

Naxçıvan Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi ümumi diaqnostika

  • MRT (maqnit rezonans tomografiyası)
  • KT (kompüter tomografiyası)
  • Sintigrafiya (sümük şişlərində metastazların dəyərləndrilməsi)
  • Densitometriya (sümüklərdə osteoparozun dəyərləndirilməsi)
  • Rentgen müayinə

Naxçıvan Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi  dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə sizə xidmət etməkdədir.

Naxçıvan Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi artroskopik diaqnostika və cərrahi əməliyyatlar:

  • Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması).
  • Artroskopik menisk yırtıqların bərpası.
  • Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması.
  • Oynaq qığırdağı zədələnmələrinin artroskopik müalicəsi.
  • Artroskopik Ön çarpaz bağın təmiri.


    Hər növ travmalar (sınıq və çıxıqlar):

  • Minimal invaziv osteosintez (qapalı intramedulyar çiviləmə)
  • Açıq reduksiya və İnternal fiksasiya.
  • Eksternal fiksasiya.

    Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi:

  • Diz oynağının endoprotezləşdirilməsi.
  • Bud-çanaq  oynağının endoprotezləşdirilməsi  (süni oynaqlarla) əvəz edilməsi.
    Onurğa cərrahiyyəsi:
  • Fəqərə sınıqları.
  • Skolioz və kifozların cərrahi müalicəsi.

Yuxarı ətraflarda vətər iltihabi xəstəlikləri:

Lateral və medial epikondilitlər
1-ci barmaq açıcı vətərin iltihabı (De Quervain sinoviti)
Tətik barmaq (şıqqıldayan barmaq)

Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması:

Yuxarı və aşağı ətraflarda.

Uşaqlarda anadangəlmə patologiyaların konservativ və cərrahi müalicəsi:

Anadangəlmə bud-çanaq oynağı tam və ya nataman çıxığı.
Əyripəncəlik (Pes Equinovarus).
Əyriboyunluk (Tortikolis).
Yastıayaqlıq.
Barmaqlarda anadangəlmə xəstəliklər (Polidakdiliya, sindakdiliya və s.)

Ayaq Cərrahiyyəsi:

Ayaq baş barmaq çıxıntısı (Halluks valgus)
Yumşaq toxuma əməliyyatları.
Sümük toxuması əməliyyatları.

Təcrübəli Tibb İşçiləri

Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya şöbəsində çalışan tibb işçiləri 10+ illik iş praktikası ilə xəstələrə peşəkar yardım edirlər.

Fasiləsiz Xidmət

Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya şöbəsi 7/24 Travmatologiya lazımlı olan xəstələrə fasiləsiz xidmət göstərir.

Peşəkar Həkimlər

Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya şöbəsi həkimləri ixtisaslı və uzun müddət iş stajı olan həkimlərdir.

Müasir Avadanlıq

Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya şöbəsi avadanlıq və cihazları ən son texnologiyaya uyğun və müasir standartlara cavab verir.

Travmatologiya Şöbəsi

Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.

Dr. Rzayev Yaşar

Travmatologiya Şöbəsi Həkimləri

Dr. Rzayev Yaşar

Travmatoloq, Travmatologiya Şöbəsinin Müdiri, Tibb üzrə Fəlsəfə Doktoru

Ən Çox Verilən Suallar

Travmatologiya şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!

Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna  online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.

Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.