Naxçıvan Mərkəzi Xəstəxanası Reanimasiya Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında Reanimasiya və İntensiv Terapiya şöbəsi 14 çarpayı üçün nəzərdə tutulmuşdur. Cərrahi əməliyyatdan sonra reanimasiya təqibinə ehtiyac olan xəstələr, eyni zamanda müxtəlif orqan çatışmazlığı, müştərək travma ilə daxil olan xəstələrə nəzarət və müalicə bu şöbədə həyata keçirilir. Müasir çoxfunksiyalı monitorlar vasitəsi ilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiqi, qaz mübadiləsi, bədən temperaturu, ürəyin fəaliyyəti, qanın oksigenlə zənginliyi kimi həyati vacib funksiyalarının göstəriciləri şöbədə daimi nəzarət altında saxlanılır. Xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur.
Naxçıvan Mərkəzi Xəstəxanası Reanimasiya şöbəsinin ən böyük özəlliyi isə istənilən ağırlıqda olan xəstənin 24 saat ərzində reanimasiya şöbəsinə qəbul edilə bilməsidir.
Ümumi reanimasiyanın qəbul kriteriyaları:
Diaqnoza görə:
- Ürək dammar sistemi: Miokard İnfarkt, Şok, Kompleks aritmiyalar, KKY, Hipertenziv kriz, Stenokardiya, Ürək tampanadası, Aorta anevrizması, Komplet A-V blok
- Tənəffüs sistemi: Kəskin tənəffüs çatışmazlığı, Pulmonar emboliya, Massiv hemoptizi, İntubasiya edilməsi vacib olan xəstələr, ARDS, Ciddi pnevmoniyalar
- Nevroloji: kəskin Beyin Qan Dövran Pozqunluğu (CVA), subaraknoid qanama (SAK), Menengit, Ensefalit, Neyromuskulyar xəstəliklər (Myastenia Gravis, Guillian Barre kimi), Status Epilepticus, Kəllə travmaları
- Zəhərlənmələr və ya yüksək dozada dərman qəbulu
- Mədə-Bağırsaq Sistemi: Fulminan KC çatışmazlığı, Pankreatit, Ciddi qanama, Qida borusunun yırtılması
- Endokrinoloji: Ketoasidoz, Tiroid və miksödem koması, Hiperosmolyar vəziyyətlər, Ciddi elektrolit inbalansı
- Cərrahi: Əməliyyat sonrası xəstələr (böyük əməliyyatlar sonrası və ya ağır xəstələr)
- Septiki şok və yanıqlar, Multitravmalar, Hemodinamik monitorizasiya vacib olan xəstələr
Obyektiv Parametrlərə görə:
- Nəbz: <40, >150
- AT: <80, MAP <50, DAP>120
- Tənəffüs: >35, <5
- Laborator:
- PO2<50, pH>7.7, <7.1
- Qan şəkəri: >800 mg/dl,Ca>15mg/dl
- Na<110, >170
- Radiloloji: Kəllə daxili qanama, kontuziya, Subaraxnidal qanama, Orqan perforasiyası, Dissekan anevrizması
- EKQ: Kəskin miokard infarktı, aritmiyalar, VT, VF, AV blok
- Kəskin olan fizioloji dəyişikliklər: Anizokariya, Yanıq>10%, Anuriya, Hava yolu tıxanması, koma, siyanoz.
Pediatrik və yetkin yaşa qədər bütün kritik xəstələrin qəbul edildiyi şöbəmizdə xəstələrin qəbulundan etibarən, xəstə ilə əlaqəli hər cür təqib və müalicə aparılır, personal tərəfindən yüksək səviyyəli tibbi xidmətləri göstərilir. Ümumi reanimasiyanın qəbul kriteriyalarına uyğun xəstələrin yatırıldığı şöbəmizdə aşağıdakı xəstələr qəbul edilməkdədir:
- Böyük əməliyyat sonrası yaxın təqib tələb olunan xəstələr
- Beyin qanaması keçirən xəstələr
- Anidən iflic keçirən xəstələr
- Ciddi tənəffüs çatışmazlığı
- Ciddi infeksiyası olan xəstələr
- Həyati göstəricilərə təsir edən zəhərlənmələr
- Müştərək travma (kəllə-beyin, döş qəfəsi, qarın və ətraflar travmaları kimi) keçirən xəstələr
- Sinir sistemi xəstəliyi olan xəstələr (Myastenia Gravis, Guillian Barre kimi)
- Təcili dializ tələb edən qəfil böyrək çatışmazlıqlarında
Havalandırma hepafiltrelidir və xəstə otaqlarının havası bir saatda 6 dəfə dəyişdirilə bilər. Nəmişliyi 30-60% və istiliyi 18-25 C˚ arasında tənzimləyə bilir , eyni zamanda hər otağın istiliyi və otaqiçi təzyiqi tənzimlənir. Bu bizə hər otağı neqativ və ya pozitiv təzyiqli hala gətirməmizə imkan yaradır.
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
Reanimasiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Reanimasiya Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- Xəstələrin dərman təchizatı
- İşində mükəmməl olan tibb personalı
Reanimasiya Şöbəsi Həkimləri
Ən Çox Verilən Suallar
Reanimasiya və ya intensiv terapiya şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.