Naxçıvan Mərkəzi Xəstəxanasının Qəbul Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında Qəbul şöbəsi I mərtəbədə yerləşir. Şöbədə stasionar müalicəyə ehtiyacı olan xəstələrin qəbulu həyata keçirilir, lazım gələrsə ilkin yardım göstərilir, xəstələrə ambulator kart və ya xəstəlik tarixi açılaraq müvafiq şöbələrə aparılır. Şöbənin müdiri Dr. Bağırova Ramidədir.
Naxçıvan Mərkəzi Xəstəxanasında Qəbul şöbəsinin fəaliyyəti xəstələri müayinələrin ve analizlərin cavabı ilə qəbul edib, onlara xəstəlik tarixcəsi açıb, stasionarın müvafiq şöbəsinə müalicə üçün yerləşdirməkdən ibarətdir.
Naxçıvan Mərkəzi Xəstəxanasının Qəbul Şöbəsinə Mütləq Şəxsiyyət Vəsiqəsi ilə Müraciət Etmək Lazımdır.
Xəstələrə xəstəlik tarixi açıldıqdan sora xəstəyə aid olan bütün məlumatlar kompüterə daxil edilir və şəbəkə ilə məlumat stasionarın müvafiq şöbələrinə verilir. Bundan sora qəbul şöbəsinin həkimləri xəstələrin növbəsini planlaşdıraraq xəstələri müayinə edir və ya başqa şöbələrə yönləndirir.
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Qəbul Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Qəbul Şöbəsi ən məhsuliyyətli şöbələrdəndir. Xəstələrimizin daxil olması, sənədləşmənin düzgün və dolğun aparılması və xəstənin aidiyyatı şöbəyə yerləşdirilməsində əsas rol oynayır. Xəstələri doğru yönləndirmək bizim əsas məqsədimizdir.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- İşində mükəmməl olan tibb personalı
Qəbul Şöbəsinin Həkimləri
Ən Çox Verilən Suallar
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.