Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya Şöbəsi Haqqında Ümumi Məlumat

Naxçıvan Mərkəzi Xəstəxanasında Proktologiya şöbəsi 10 çarpayı üçün nəzərdə tutulmuşdur.

Naxçıvan Mərkəzi Xəstəxanasında Proktologiya şöbəsində müalicəsi aparılan xəstəliklər:

  • Qəbizlik və ya ishal kimi bağırsağın funksional pozğunluğu
  • Yoğun bağırsaq, düz bağırsaq və anal nahiyyənin xoşxassəli törəmələri – POLİPLƏR
  • HEMORROY xəstəliyi və ya BABASİL
  • FİSTULALAR
  • ANAL, PERİANAL, REKTOVAGİNAL ANUS VƏ DÜZ BAĞIRSAQ ÇATLARI
  • YOĞUN BAĞIRSAĞIN İLTİHABİ XƏSTƏLIKLƏRİ (KOLİT).
  • PERİANAL ABSESLƏR.
  • PİLONİDAL SİST ( BÜZDÜM NAHİYYƏSİNDƏ TÜK DÖNMəSİ ) – BÜZDÜMÜN DERMOİD SİSTİ
  • DÜZ BAĞIRSAĞIN BƏZİ İNFEKSİYON XƏSTƏLIKLƏRI
  • VİRUS XƏSTƏLIKLƏRI ( KOLDİLOMA, POPİLLOMA , Ziyillər Və S)
  • REKTAL PROLAPSUS – DÜZ BAĞIRSAQ SALLANMASI
  • ANAL STENOZ ( DARALMA)DOĞUŞ
  • DAN SONRAKI ARALIQ VƏ ANOREKTAL TRAVMALAR

KOLO-REKTAL xəstəliklərin ümumi əlamətləri nələrdir?

  • Anusdan qanın gəlməsi
  • Defekasiya aktında nəcisin incəlməsi
  • Qəbizlik və ya əksinə diareyanın ( ishal ) olması
  • Defekasiya aktından sonar tam rahatlanmama və təkrar –təkrar tualet ehtiyacını həyata keçirmək istəyi
  • Defekasiya aktı zamanı ağrının olması,
  • Anus nahiyyəsində qaşıntı, dəri aşılanması, şişliklər və yaraların olması,
  • Qarında zaman zaman izah edilə bilməyən ağrıların olması,
  • Zəiflik hissi və qanazlığı hallarının inkişaf etməsi
    Qeyd olunan şikayətlər zamanı xəstə mütləq həkimə müraciət etməlidir. Çünki yoğun bağırsaq xərçənginin ilkin əlamətlərindən biri də ola bilər. Unutmayaq ki Yoğun bağırsaq xərçənginin ilkin diaqnostikası nəticəsində yaşama göstəriciləri olduqca yüksəkdir !

 

Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya şöbəsində 3 fərqli müalicə üsulları tətbiq olunmaqdadır:

1. Konservativ müalicə üsulları:

Dərman müalicəsi

2. Xəstəyə hər hansı bir növ anesteziya tələb etməyən xəstəxana şəraitində tətbiq olunan üsullar:

  • İNFRAQIRMIZI KOAQULYASİYA: Lazer- şüasl ilə pıxtalaştırma üsuludur.
  • BAND LİGASİYASI: Lateks həlqələrin daxili babasillərdə tətbiq olunaraq boğulması
  • SKLEROTERAPİYA: Dərman inyeksiyası ilə damarı büzüşdürmə üsulları

3. Cərrahi əməliyyatlar:

  • Absesin ( irinliyin) yarılması
  • Hemorrid düyünılərinin trombozu zamanl ağrısızlaşma məqsədilə ( xüsusən hamilələrdə ) trombektomiya əməliyyatı
  • Klassik Hemorroidektomiya,
  • LİGASURE ilə hemorroidektomiya
  • Anal çatın kəsilib götürülməsi
  • LİS – LATERAL İNTERNAL SFİNKTEROTOMİYA əməliyyatı
  • Polipektomiya
  • Kondilomaların yandırılması
  • Anal və perianal fistulaların ləğvi
  • Dermoid sistin kəsilib götürülməsi – açıq və ya Limberq üsulu ilə palstika
  • Anusun plastikası
  • Aralığın plastikası
  • Düz bağırsağın plastikası
  • LONGO əməliyyatı və s.

Təcrübəli Tibb İşçiləri

Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya şöbəsində çalışan tibb işçiləri 10+ illik iş praktikası ilə xəstələrə peşəkar yardım edirlər.

Fasiləsiz Xidmət

Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya şöbəsi 7/24 Proktoloji xidmət lazımlı olan xəstələrə fasiləsiz xidmət göstərir.

Peşəkar Həkimlər

Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya şöbəsi həkimləri ixtisaslı və uzun müddət iş stajı olan həkimlərdir.

Müasir Avadanlıq

Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya şöbəsi avadanlıq və cihazları ən son texnologiyaya uyğun və müasir standartlara cavab verir.

Proktologiya Şöbəsi

Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.

Dr. İsmayılov Elman

Proktologiya Şöbəsi Həkimləri

Ən Çox Verilən Suallar

Proktologiya şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir!

Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna  online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.

Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.