Naxçıvan Mərkəzi Xəstəxanası Hematologiya Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında Hemotologiya şöbəsi 10 çarpayı üçün nəzərdə tutulmuşdur.
Hematologiya – tibbin qanı, qanın istehsal olunduğu sümük iliyini və hemostaz (laxtalanma) sistemini öyrənən sahəsidir. Limfa düyünləri, dalaq və digər limfoid orqanlarının xəstəlikləri də hematologiyanın mövzularındandır. Naxçıvan Mərkəzi Xəstəxanası
Hematologiya Şöbəsində qanda baş verən hər hansı bir dəyişikliyin korreksiyası və müalicəsi barəsində məsləhətlər ala bilərsiniz.
Qan xəstəliklərinin diaqnostikasında aparılan müayinələr:
- Hemoqram (qanın ümumi analizi 19 parametrlik), Periferik yayma (qanın mikroskop altında incələnməsi);
- Hemoqlobin elektroforezi (Hemoqlobin növlərini öyrənmək üçün);
- Qanyaranma üçün lazım olan Dəmir, Ferritin, Eritropoetin, Vitamin B12, Fol turşusu;
- Qanın laxtalanma analizləri;
- Limfa düyünün punksiyası, biopsiyası; histomorfoloji, immunohistokimyəvi və sitogenetik müayinələri;
- Sümük iliyin incələnməsi üçün sümük iliyin aspirasiyası və biopsiyası. Bu müayinə vasitəsi ilə sümük iliyi hüceyərələrinin sayı, ölçüsü və quruluşu barəsində məlumat əldə edilir.
- Axım sitometriyası (FLOW sitometry) hüceyrələrin növünü (CD markerlərin) təyin etmək üçündür.
- Sitogenetik müayinələr ( FISH).
Naxçıvan Mərkəzi Xəstəxanası Hemotologiya Şöbəsində aşağıdakı xəstəliklərin kompleks diaqnostikası, stasionar və ambulator nəzarəti və müalicəsi həyata keçirilir:
- Müxtəlif mənşəli qan azlıqları (anemiyalar)
- Hemolitik anemiyalar (qırmızı qan hüceyrələrinin parçalanması)
- İrsi hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya və s.)
- Aplastik anemiya
- Trombosit xəstəlikləri (trombositopeniya, trombositemiya və s.)
- Hemorragik diatezlər (qanın laxtalanma problemləri)
- Eritrositoz və Polisitemiya
- Mielodisplastik sindromlar
- Leykozlar (kəskin, xroniki)
- Limfomalar (Limfoqranulomatoz, Limfosarkoma)
- Mielom xəstəliyi və Monoklonal Gammopatilər və s.
- Histiositozlar
- Xroniki mieloproliferativ xəstəliklər (idiopatik mielofibroz, həqiqi polisitemiya, essensial trombositemiya, mastositoz və s.)
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
Hematologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Hematologiya Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- Xəstələrin dərman təchizatı
- İşində mükəmməl olan tibb personalı
Hematologiya Şöbəsi Həkimləri
Ən Çox Verilən Suallar
Hematologiya şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir.
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.