Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında Göz şöbəsi 18 çarpayı üçün nəzərdə tutulmuşdur.
Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsində Göz və görmə ilə bağlı bütün xəstəliklərin müayinəsi və müalicəsi, göz əməliyyatları aparılır. Şöbə ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən keatometriya, artorefraktrometiriya, ultrasonoqrafiya, pnevmotonometriya, angioqrafiya, kompüter perimetriya kimi müayinə-diaqnostik prosedurlar aparılır.
Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsi Fəaliyyət sahələri:
- Diabetik retinopatiyanın müalicəsi.
- Qlaukomanın (Qara su) müalicəsi.
- Üveitlərin diaqnostikası və müalicəsi.
- Yaşa bağlı Makula Degenerasiyasının müalicəsi.
- Torlu qişanın vaskulyar ve digər xəstəlikləri (arteriya və vena trombozu və.s).
- Tiroid Oftalmopatiyası.
- Gözün infeksiyon xəstəliklərinin müalicəsi (konyuktivit, keratit və.s).
- Keratokonuslarda sərt ve yumşaq kontakt linzalar ilə korreksiya.
- Buynuz qişa xəstəlikləri.
- Lazer proseduraları (Argon, Yag, Diod).
- Uşaq və yetişkinlərdə refraksiya.
Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsi Əməliyatları:
- Kataraktın (mirvari suyu) Fakoemulsifikasyon ilə Ekstraksiyası.
- Vitrektomiya (göz içi qanamalar, torlu qişanın ayrılması).
- Eynəkdən qurtulmaq üçün refraktif qüsürların excimer lazer ile düzəldilməsi.
- Qlaukoma (Non-filtran, Filtrasyon və Şant əməliyatları).
- Göz qapağı xəstəlikləri (ektropiyon, entropiyon, ptoz, qapaq şişləri, xalazion və.s).
- Gözyaşı kanalı tıxanıqlıqları.
- Cross-linking (keratokonus və buynuz qişanın digər ektaziyaları).
- Çəpgözlük (anadangəlmə və ikincili).
- Refraktiv göz içi linzaların implantasiyası (mono-, tri-, multifocal və torik).
- Okuloplastika cərrahiyyə
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
Göz Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- İşində mükəmməl olan tibb personalı
Göz Şöbəsi Həkimləri
Ən Çox Verilən Suallar
Göz şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir.
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxana qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.