Naxçıvan Mərkəzi Xəstəxanası Fizoterapiya və Reabilitasiya Şöbəsi Haqqında Ümumi Məlumat

Naxçıvan Mərkəzi Xəstəxanasında Fizoterapiya və Reabilitasiya şöbəsi 21 çarpayı üçün nəzərdə tutulmuşdur. Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir. Fizioterapiya – bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitəsidir, həmçinin ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur.

Naxçıvan Mərkəzi Xəstəxanasında Fizoterapiya və Reabilitasiya şöbəsi təcrübəli həkimləri və fizioterapevtləri ağır baxım xəstələrinə xidmət göstərir. Xəstəxanamızda fiziki müalicə, məşq və ən son sistem cihazları ilə təchiz olunmuş otaqlar var.

Naxçıvan Mərkəzi Xəstəxanasında Fizoterapiya və Reabilitasiya şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Həkimlərimiz kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.

Naxçıvan Mərkəzi Xəstəxanasında Fizoterapiya və Reabilitasiya şöbəsində aşağıda göstərilən müalicəvi üsullardan geniş istifadə edilir: 

  • Akapunktur lazer diaqnostikası
  • Ozonoterapiya
  • Balneoterapiya
  • Biopunktura
  • Elektrostimulyasiya
  • Elektroterapiya
  • Galokamera
  • Hidromassaj
  • Hidrotraksiya (sualtı dartılma)
  • Hirudoterapiya (zəli ilə müalicə)
  • İnhalyasiya
  • Kombinə elektroterapiya
  • Qısa dalğa Lazer
  • Maqnitoterapiya
  • Manual terapiya
  • Mexaniki müalicə
  • Naftalanla müalicə
  • Parafinli müalicə
  • Parafin-naftalanlı applikasiya
  • Reabilitasiya
  • Tibbi masaj
  • Traksiya (mexaniki dartma)
  • Ultrasəs

Fizioterapiyanın hər hansı bir müalicəvi üsulundan sonra aşağıda qeyd edilən müalicəvi təsirlər müşahidə edilir:

  • Limfodrenaj
  • Sedativ(sakitləşdirici)
  • Qan dövranı normallaşır
  • İltihab əleyhinə təsir
  • Sinir-əzələ stimul edici
  • Ağrıkəsici

Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.

  • Beyin Cərrahiyyəsi sonrası reabilitasiya
  • İdmançı reabilitasiyası
  • Kardioloji reabilitasiya
  • Nevroloji reabilitasiya
  • Ortopedik reabilitasiya
  • Pediatrik reabilitasiya
  • Pulmonoloji reabilitasiya

 Fizioterapiya şöbəmiz 3 hissədən ibarətdir:

  1. Elektroterapiya – elektrik cərayanı, elektrik, maqnit və elektromaqnit sahələrinin oraqnizmə göstərdiyi təsir metodları ilə müalicə növüdür
  2. Reabilitasiya – hər hansı bir səbəblə itirilmiş funksiyaların bərpası və sosial həyata qaytarılmasıdır.
  3. Təbii üsullar

Fizioterapiya şöbəmizdə aparılan xidmətlər:

  • Fəqərələrarası disk qabarması və yırtığı
  • Disk degenerasiyası
  • Artrit, sinir sıxılması, stenoz
  • Oturaq sinirinin iltihabı
  • Spondilioz
  • Radikulopatiya
  • Osteoxondroz
  • Konservativ, fizioterapevtik, manual terapevtik, cərrahi müalicəyə cavab verməyən xroniki bel və boyun ağrıları və s.

Reabilitasiya və bərpa:

  • Ortopedik reabilitasiya
  • Nevroloji reabilitasiya
  • Uşaq reabilitasiyası
  • İdman travmalarından sonra reabilitasiya
  • Kardioreabilitasiya və 

Təcrübəli Tibb İşçiləri

Naxçıvan Mərkəzi Xəstəxanası Fizoterapiya və Reabilitasiya şöbəsində çalışan tibb işçiləri 10+ illik iş praktikası ilə xəstələrə peşəkar yardım edirlər.

Fasiləsiz Xidmət

Naxçıvan Mərkəzi Xəstəxanası Fizoterapiya və Reabilitasiya şöbəsi 7/24 Fizoterapiya və Reabilitasiya lazımlı olan xəstələrə fasiləsiz xidmət göstərir.

Peşəkar Həkimlər

Naxçıvan Mərkəzi Xəstəxanası Fizoterapiya və Reabilitasiya şöbəsi həkimləri ixtisaslı və uzun müddət iş stajı olan həkimlərdir.

Müasir Avadanlıq

Naxçıvan Mərkəzi Xəstəxanası Fizoterapiya və Reabilitasiya şöbəsi avadanlıq və cihazları ən son texnologiyaya uyğun və müasir standartlara cavab verir.

Fizoterapiya və Reabilitasiya Şöbəsi

Naxçıvan Mərkəzi Xəstəxanası Fizoterapiya və Reabilitasiya Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.

Dr. Fərzəliyev Fazil

Oynaqdaxili PRP və Ozon Müalicəsi

Fizoterapiya və Reabilitasiya Şöbəsi Həkimləri

Ən Çox Verilən Suallar

Fizoterapiya və Reabilitasiya şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!

Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna  online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.

Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.