Naxçıvan Mərkəzi Xəstəxanasının Endokrinologiya Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında Endokrinologiya şöbəsi 27 çarpayı üçün nəzərdə tutulmuşdur. Naxçıvan Mərkəzi Xəstəxanasının Endokrinologiya Şöbəsi Endokrin sistemin quruluşu, funksiyaları, xəstəlikləri bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika diaqnostika və müalicəsi ilə məşğul olan klinik sahədir. Endokrin sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki, bütün həyatı vacib proseslərinə rəhbərlik edən bioloji aktiv maddələrdir. Boy, çəki, cinsi yetişkənlik, nəsilartırma (reproduksiya) funksiyası və bütün orqan və sistemlərin birgə fəaliyyətinin keyfiyyəti, qandakı və ya digər hormonların miqdarı ilə təyin olunur. Hipertireoz, akromeqaliya, şəkərli diabet və piylənmə, osteoporoz, və erkən menopauza, diffuz toksik zob, hipotalamik sindrom və endokrin mənşəli sonsuzluq və s. kimi problemlərlə peşakar endokrinoloqlarımız.məşğul olurlar. Müalicə kliniki situasiyadan asılı olaraq, pəhrizdən, konservativ cərrahi, neyrocərrahi və ömür boyu davam edəcək əvəzləyici hormon terapiyadan ibarət ola bilər.
Aşağıdakı hallarda endokrinoloqa müraciət etmək lazımdır:
- Bədən çəkisinin normadan artıq və ya az olması, yüksək iştah
- Bədənin müxtəlif nahiyəsində səpkilər
- Saçların tökülməsi, dırnaqların qırılması
- Menstrual tsiklın pozğunluqları, yumurtalıq kistaları, qadın və kişi sonsuzluğu, klimaks
- Dərinin və saçların quru və ya yağlı olması
- Mineral balans pozğunluqları
- Qalxanabənzər vəzin patologiyası
- Süd vəzi patologiyaları
- Şəkərli diabet və s.
Naxçıvan Mərkəzi Xəstəxanasında Endokrinologiya Şöbəsində endokrinoloji xəstəliklərin dəqiq diaqnostikası üçün bütün müayinə üsulları vardır:
- Laborator diaqnostika ilə bütün hormon analizləri (T3, T4, sərbəst T3, sərbəst T4,TSH, tireoqlobulin, kortizol, DHEA-SO4, FSH, LH, estradiol, progesteron,prolaktin, testosteron, 17-OH-progesteron, HGH- somatotropin, AKTH, PTH, qanda qlükozanın təyini, C-peptidin təyini, insulin, şəkər yüklənməsi, qlikohemoqlobin)
- Endokrin orqanların USM-si
- KT
- Rentgen müayinəsi
- Ixtisaslı həkim konsultasiyaları
- İncə iynə aspirasyon biopsiyası
- Histoloji və sitoloji müayinələr və s.
Naxçıvan Mərkəzi Xəstəxanasında Endokrinologiya Şöbəsi, aşağıdakı müayinə və müalicələri həyata keçirir:
- Karbohidrat metabolizmin pozuntuları
- Şəkər xəstəliyi
- Hipoqlikemiya (qanda şəkərin azalması)
- Qalxanabənzər vəz xəstəlikləri (hipertiroid, hipotiroid, tiroid bəd xassəli şişləri)
- Cinsi hormonlar ilə bağlı xəstəliklər
- Hirsutizm
- Aybaşı pozuntuları
- Sonsuzluq
- İmpotensiya
- Kalsi-fosfor və sümük metabolizmin xəstəlikləri
- Osteoporoz
- D vitamini çatışmazlığı
- Paratiroid xəstəlikləri
- Piylənmə
- Xolesterol və digər yağ metabolizmi xəstəlikləri
- Böyrəküstü vəzin xəstəlikləri
- Böyrək üstü vəzin çatışmazlığı
- Kuşinq sindromu
- Feoxromositoma
- İnsulin dirənci
- Hiperaldosteronizm
- Hipofiz xəstəlikləri
- Hipofiz çatışmazlığı, prolaktinin artması
- Akromeqaliya
- Qeyri şəkərli diabet
- Hipofiz adenomaları
- Endikrinoloji səbəblərlə bağlı hipertenziya
- Diabetik xəstələrin maarifləndirilməsi və s.
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
Endokrinologiya Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanasının Endokrinologiya Şöbəsi ən çətin və ən məhsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- Xəstələrin dərman təchizatı
- İşində mükəmməl olan tibb personalı
Endokrinologiya Şöbəsi Həkimləri
Ən Çox Verilən Suallar
Endokrinologiya Şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.