Naxçıvan Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanası Cərrahiyyə şöbəsində xaricdə təhsil almış və uzunmüddətli iş təcrübəsi toplamış yüksəkixtisaslı həkim kollektivi çalışır.
Şöbədə laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir. Peşəkar həkimlərimiz tərəfindən qaraciyər, öd kisəsi və öd yollarının, mədəaltı vəzinin törəmələrinin, nazik və yoğun bağırsaqların patologiyaları, dalağın, qida borusu, mədədə, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatlar, yırtıqların laparoskopik təmiri, diaqnostik və terapevtik endoskopik müdaxilələr, mədəaltı vəzin tam və hissəvi çıxarılması, proktoloji əməliyyatlar, diafraqma yırtıqlarının laparoskopik təmiri və s. kimi əməliyyatları uğurla icra edilir.
Son 10 il ərzində Hospitalımızda 3500-ə yaxın ümumi cərrahi əməliyyatlar icra edilmişdir.
Cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər:
- Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri
- Qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri
- Yoğun və düz bağırsaq xəstəlikləri
- Yogun bağırsağın qeyri- spesifik iltihabi xəstəlikləri
- Həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri
- Peritonarxası sahə və çanaq törəmələri
- Anal bölgənin xəstəlikləri
- Yırtıqlar
- Qalxanabənzər vəzin xəstəlikləri
- Virus hepatitləri
- Uroloji Əməliyyatlar
- Neyrocərrahiyyə Əməliyyatları
Ümumi cərrahiyyə şöbəsində həyata keçirilən cərrahi əməliyyatlar:
- Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər,kistalar, exinokokk, abseslər və s.) zamanı edilən əməliyyatlar
- Qaraciyərin bədxassəli törəmələrinin Radiotezlikli ablasiyası
- Qaraciyər sirrozlarının cərrahi müalicəsi (damar şuntlama əməliyyatları)
- Qaraciyərin USM altında iynə biopsiyası
- Virus hepatitlərinin müalicəsi
- Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatlar (əməliyyatdaxili USM, öd yollarının vizual (xolangioskopiya) və rentgenolioji (xolangioqrafiya) kontrolu)
- Mədəaltı vəzin tam və hissəvi çıxarılması
- Dalağın açıq və laparoskopik yolla tam və ya hissəvi çıxarılması
- Mədənin, qida borusunun tam və hissəvi çıxarılması (tikiş apparatlarının istifadəsi ilə)
- Diafraqma yırtıqlarının laparoskopik təmiri
- Laparoskopik appendektomiya
- Diaqnostik laparoskopiya və torakoskopiya
- Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar (tikiş apparatlarının istifadəsi ilə)
- Yırtıqların açıq və laparoskopik üsulla təmiri
- Abdominoplastika
- Peritonarxası sahənin kistoz törəmələrinin (o cümlədən təkrarlanan) radikal çıxarılması
- Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması
- Babasil düyünlərinə lateks həlqələrinin qoyulması
- Hemorroidektomiya
- Pararektal fistulların ləğvi
- Anal çatın cərrahi müalicəsi
- Rektoskopiya
- Uroloji əməliyyatlar
- Neyrocərrahiyyə əməliyyatları
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
Cərrahiyyə Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- Xəstələrin dərman təchizatı
- İşində mükəmməl olan tibb personalı
Cərrahiyyə Şöbəsi Həkimləri
Ən Çox Verilən Suallar
Cərrahiyyə şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.