Rusiya Terapevtlərinin Elmi Tibb Cəmiyyəti ilə Azərbaycan Tibb Universiteti tərəfindən birgə Daxili Xəstəliklər üzrə elmi-praktik konfrans keçirilib. Konfransa Naxçıvan Muxtar Respublika Xəstəxanasının heyəti də qoşulub.

Konfransda Azərbaycanın və Rusiyanın müxtəlif tibbi-elmi müəssisələrinin mütəxəssislərinin çıxışları dinlənilib. Çıxışlarda elmi-praktiki konfransın qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından böyük önəmi vurğulanıb.

Bildirilib ki, Rusiya Terapevtlərinin Elmi Tibb Cəmiyyəti daxili xəstəliklər sahəsində aparıcı rus mütəxəssislərinin səylərini birləşdirmək məqsədilə 100 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Cəmiyyət yarandığı gündən ümumi praktikantların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini özünün əsas vəzifəsi hesab edir.

Konfransda “COVID-19 dünən, bu gün və sabah”, “Daxili xəstəliklər” və digər mövzularda məruzələr dinlənilib. Bildirilib ki, XXI əsr yeni xəstəlik olan və artıq 6 milyondan çox insanın ölümünə səbəb olan COVİD-19 pandemiyasını gətirdi. Məhz pandemiya dövründə aydın oldu ki, daxili xəstəlikləri olan insanların vəziyyəti daha ağır olur. Vurğulanıb ki, 65 yaşdan yuxarı insanların əksəriyyətinin müəyyən daxili xəstəlikləri olur ki, bu da yaşlı insanlarda ölüm riskini artırır. Qeyd edilib ki, bu gün daxili xəstəliklərin sayı kifayət qədər artıb. Bu da ürək-qan-damar xəstəlikləri və xroniki ağciyər problemlərinin çoxalmasına səbəb olub.

Konfransda Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və buradakı təbii müalicənin effektiv nəticələri barədə iştirakçılara geniş məlumatlar verilib. Qeyd edilib ki, burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Hər il dünyanın bir çox yerlərindən tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən minlərlə insan buraya gələrək şəfa tapır.

Konfrans saat 19-dək müxtəlif mövzularda məruzə və müzakirələrlə öz işini davam etdirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.