Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimləri rayon mərkəzi xəstəxanalarında təcili yardım həyat qurtarır devizi ilə təcili və təxirəsalınmaz hallarda düzgün tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirmə təlimləri keçirilir.

Təlimimizin əsas məqsədi rayon xəstəxanaları və həkim ambulataroiyalarında fəzaliyyət göstərən təcili və təxirə salınmaz tibbi yardım şöbəsinin həkim və orta tibb işçilərinin ilk yardımın göstərilmə metodlarının daha da müasir və yeni formada tətbiq edilməsini öyrətməkdir. Bildiyimiz kimi müxtəlif qəzalar və fövqaladə hallar zamanı xəstələrin “Mərkəzi Xəstəxanaya” evakuasiya olunması zamanı göstərilən ilkin yardım nə qədər doğru və düzgün tətbiq edilərsə mərkəzə evakuasiya olunan həmin xəstənin həyatı təhlükəsi az olar və qəzaların nəticələri daha yüngül ağırlaşmalarla özünü göstərər.


Təlimdə damar yolunun açılması, süni tənəffüsün tətbiqi, ürək masajının tətbiqi, sınıqlar zamanı ətrafın imobilizasiyası, arteriyal və digər qanaxmalar zamanı qanaxmanın dayandırılması metodu, epileptik tutmalar və digər qlıcolmalar zamanı tətbiq olunan və göstərilməli olan ilk yardım, uşaqlarda tənəffüs yoluna yad cismin qaçması zamanı ilk yardım, evakuasiyalar zamanı göstəriş olan dərman peraparatlarının dozalanması və s. öyrədilmişdir.


İlk təlimimz Naxçıvan Muxtar Respublika Xəstəxanasının dəstəyi ilə Baş həkimin müavini Türkan İsmayılova, Reanimasiya şöbəsi həkimi Bəxtiyar Hüseynov və həkim reanimatoloq Əliyeva Təbrizə tərəfindən Şahbuz rayon MXPHŞ-da keçirilmişdir. Təlimdə Təcili Təxirə Salınmaz Tibbi Yardım şöbəsinin bütün əməkdaşları və digər şöbələrin həkimləri də iştirak etmişdir. Təlimin davamı olaraq Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin işçiləri Respublika Xəstəxanasında təcili tibbi yardım göstərmək üçün Kurs keçməyə dəvət olunmuşlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.