04 mart 2022-ci il tarixində NMR xəstəxanasının tibbi heyəti müraciətlərin çoxluğunu nəzərə alaraq yenidən Culfa rayon Mərkəzi Xəstəxanasında Şəhid ailələrinin, qazilərin, az təminatlı ailələrin övladları üçün sünnət aksiyası keçiriləcəkdir.

Bildiyimiz kimi 16 fevral 2022-cil tarixində baş tutan aksiyada 61 uşaq tam təmənnasız sünnət edilmişdir. Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin keçirdiyi bu cür humanitar tibbi aksiyalar mütəmadi olaraq bütün rayon mərkəzi xəstəxanalarında keçirilib və keçirilməyə davam etdirilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.